Medianews.az
Evi qarət olunan müğənni danışdı: “Öz ətrafım oğurlayıb, gətirib qaytarsa onu bağışlayacam” -
206 baxış

Evi qarət olunan müğənni danışdı: “Öz ətrafım oğurlayıb, gətirib qaytarsa onu bağışlayacam” - FOTO + ÖZƏL

“Dünən bacım Mətanət xanımla birgə “Xəzər axşamı” verilişinə dəvət almışdım. Canlı yayımda olmalı idim. Heç cür gələ bilmədim. Çünki evimdən oğurluq olmuşdu. Əsəbimdən getdim polisə. Orda vaxt uzandı. Bacıma dedim ki, mənim adımdan üzr istəsin. Mətanət xanıma da çox pis təsir etmişdi. Çünki mən halallıqla qazanmışam bu pulları. İnsanlar niyə görə halalarına haram qatırlar?"

Bunu Medianews.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərlinin bacısı, evi qarət olunan müğənni Sədaqət İsgəndərli deyib. O daha sonra hadisənin necə baş verdiyini açıqlayıb:

“Qapını, pəncərəni sındırmayıblar. Bu hadisəni törədən şəxslər elə evə gəlib-gedənlərdir. Bu insanlar da evimdəki köməkçim və mənim yanımda olanlardır. Pul da üstümdə olub. Geyimimi çıxarıb qoymuşam ora, pulu götürüb çıxıblar. Necə götürüblərsə heç ruhum da incimiyib. Bir Allah bilir ki, nə hala düşmüşəm. Şikayət etmişəm və əminəm ki, tapılacaq. Amma inanın Allaha ərizədə şübhələndiyim insanların heç birinin adını yazmamışam. Gözümlə görmədiyimi deyə bilmərəm. Ürəyiyumuşağlığıma görə hər dəfə əzab çəkirəm. Bu mənim ürəyim, o da onların ürəyi. Səbrimi, abırımı hələ ki, saxlamağı bacarıram” deyə müğənni bildirib.

Sədaqət İsgəndərli deyir ki, hadisəni törədən şəxs boynuna alsa ərizəsini geri götürüb, onu bağışlayacaq:

“Həmin insanlara yığıb dedim ki, evə yad adam gəlməyib, nə olubsa sizin aranızda olub. Şeytandır da.. Adamı bəzən yolundan azdırır. Gəlib yaxınlaşsınlar, lap pul lazımdırsa onlara hədiyyə edim. Amma boyunlarına alsınlar ki, hadisəni biz törətmişik. Vallah onları bağışlayaram. Bu mərdi-mərdanə hərəkətdir. Şeytan nə üçün aramızda var?! İnsanın nəfsini əlindən alır, onlar da nəfislərinə sahib ola bilməyiblər. Mən o pulu qəpik-qəpik yığıb ora qoymuşdum. Onları yemək olmaz. Bir dəfə də ad günümdə sırğamın bir tayını oğurlamışdılar. Orada çox adam var idi, fanatlarım da gəlmişdi. Heç səsimi çıxarmadım ki, ayıbdır. Yəqin ki, həmin adam edib bu hərəkəti də. Bunu edən başqa addımlar da atar” deyə sənətçi bildirib.

Bizə qoşulun