Medianews.az
"Ev almaq üçün 12 il tətilə çıxmamalı, 1700 dəfə restorana getməməlisən"
116 baxış

"Ev almaq üçün 12 il tətilə çıxmamalı, 1700 dəfə restorana getməməlisən"

Hər kəsin arzusu ev almaq olsa da, bu hamı üçün əlçatan deyil.

Milli.Az xəbər verir ki, ekspert Yulian Oveçki ev almaq üçün kiçik xərclərdən imtina etməklə bağlı deyilənləri mif adlandırıb.

"İnsanlar ilk ev üçün pul yığmaq istəyir, amma gündəlik kiçik xərclərə qənaət etmək, məsələn, qəhvə içməmək və ya taksidən imtina etmək, böyük maliyyə məqsədinə çatmaq üçün kifayət etmir.

Yulian Oveçkin bildirir ki, Moskva üçün orta ölçülü mənzilin ilkin ödənişi 5 milyon rubldur və iki nəfərlik ailə bunun üçün təxminən 10 000 dəfə taksidən imtina etməli, 12 il tətil etməməli və ya 1700 dəfə restorana getməməlidir.

Ekspert tövsiyə edir ki, qənaət əvəzinə lazımsız abunə və xidmətləri ləğv etmək, qənaət olunan pulu avtomatik olaraq yığılan hesaba köçürmək daha effektlidir.

Bundan əlavə, əlavə gəlir yolları da mövcuddur: frilanserlik, istifadə olunmayan əşyaları kirayə vermək və ya aksiyalara investisiya. Əsas məqsəd büdcəni düzgün bölmək və gəlirin bir hissəsini müntəzəm yığmaq, sadəcə kiçik xərcləri azaltmaqla deyil.

Bizə qoşulun