Moskvanın Taqanski Rayon Məhkəməsi Rusiya hərbçilərinin xatirəsini təhqir etməkdə ittiham olunan erməniəsilli bloqer Arsen Markaryanın həbs müddətini uzadıb.
Medianews.az bu barədə TASS-a istinadən xəbər verir.
Bildirilib ki, məhkəmə istintaqın vəsatətini təmin edib və Markaryanın həbs müddətini 22 fevral tarixinədək uzadıb.
Xatırladaq ki, avqustun 25-də Moskvanın Taqanski Rayon Məhkəməsi Markaryanı hərbçilərin xatirəsini təhqir etməkdə şübhəli bilərək həbs edilib. Bu maddəyə əsasən, onu beş ilə qədər həbs cəzası gözləyir.