Ermənistanın müdafiə naziri Suren Papikyan jurnalistlərlə söhbətində 12 dekabr intihar etdiyi deyilən hərbçinin ölümünə münasibət bildirib.
Medianews.az xəbər verir nazir işin hazırda İstintaq Komitəsinin yurisdiksiyasında olduğunu və araşdırma aparıldığını qeyd edib.
Yeni il öncəsi sərhəddə mümkün gərginlik barədə danışan Papikyan deyib: "Düşünmürəm ki, hazırda gərginliklə bağlı hər hansı bir narahatlıq var. Sərhəddə çox sakitlikdir və biz Yeni ilə hazırlaşırıq. Bəli, bayramlar zamanı xidmət təbii ki, daha ayıqləq tələb edir, lakin hava şəraiti - külək və qar fırtınası nəzərə alınmaqla, silahlı qüvvələrin bu gün başqa narahatlıqları var, biz isə gündəlik işlərimizlə məşğuluq. Əsas problem külək və qar fırtınasıdır.
İrəvanda və ya qonşu bölgələrdə qar olmasa da, dağlıq ərazilərdə qar var. 3500 metrə qədər yüksəkliklərdə mövqelərimiz var. Nəzərə almaq vacibdir ki, oradakı qar yalnız yayda əriyir və qar təbəqəsi oktyabr ayının əvvəllərində görünə bilər”.