“Son günlər həyata keçirilən qarşılıqlı hücumlar Qara dənizdə gəmilərin hərəkət təhlükəsizliyinə ciddi təhdid yaradır”.
Qafqazinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ölkənin xarici ölkələrdə akkreditə olunmuş səfirləri ilə görüşündə deyib.
Türkiyə lideri məsələ ilə bağlı ölkəsinin Ukraynadakı münaqişə tərəflərinə xəbərdarlıq etdiyini vurğulayıb:
“Ticarət və mülki gəmiləri hədəf almaq heç kimə fayda verməyəcək. Hər iki tərəfə məsələ ilə bağlı xəbərdarlığımızı bildiririk”.