Medianews.az
Dünyanın ən çətin dilləri
272 baxış

Dünyanın ən çətin dilləri AÇIQLANDI

Əcnəbilərin öyrənməkdə ən çox çətinlik çəkdiyi dillər – Siyahıda türk dili də var

Dilçilər əcnəbilərin öyrənməkdə ən çox çətinlik çəkdiyi dillərin siyahısını açıqlayıblar. Siyahı dillərin qrammatik quruluşunun, fonetikasının və yazı sisteminin mürəkkəbliyinə görə hazırlanıb.

Medianews.az Türkiyənin "Sabah" qəzetinə istinadən bildirir ki, siyahıda ilk yerdə Çin dili gəlir. Qeyd olunur ki, bu dil tonal quruluşa malikdir, dörd fərqli ton eyni sözə müxtəlif mənalar verir. Bundan əlavə, minlərlə işarədən ibarət yazı sistemi Çin dilini daha da çətinləşdirir.

Ərəb dili həm əlifbasına, yazı sisteminə (sağdan sola yazılır), həm də mürəkkəb qrammatikasına, qırtlaq səslərinin çoxluğuna görə siyahıda ikinci yerə qoyulub.

Üç yazı sistemindən (Hirakana, Katakana, Kanji) ibarət olan yapon dili siyahıda üçüncüdür.

Əcnəbilərin öyrənməkdə ən çox çətinlik çəkdiyi dillərin ilk onluğunda sonrakı yerlərdə Koreya, rus, fin, macar, island, türk və sanskrit dilləri gəlir.

Medianews.az

 

Bizə qoşulun