Medianews.az
Diş pastası seçərkən
59 baxış

Diş pastası seçərkən nəyə diqqət etməliyik?

“Keyfiyyətli diş pastanın tərkibində flüorid olmalıdır”.

Medianews.az xəbər verir ki, bunu stomatoloq Joao Pisinini deyib.

Onun sözlərinə görə, keyfiyyətli diş pastasında ən azı 1100 hissə flüorid olmalıdır. O izah edib ki, bu komponent minanı möhkəmləndirir və çürümələrin qarşısını alır.

Həkim həmçinin insanları aktivləşdirilmiş kömür tərkibli diş məcunlarından çəkinməyə çağırıb. Elmi tədqiqatlar onların ağardıcı təsirini təsdiqləməyib, lakin diş minasına zərər verə bilər.

Həkim əlavə edib ki, aşağı və ya yüksək temperatura məruz qaldıqda ağrı və narahatlıq yaşayan insanlar həssas dişlər üçün uyğun olduğu xüsusi olaraq yazılmış diş məcunu seçməlidirlər.

Medianews.az

Bizə qoşulun