Medianews.az
Deputat qarşı çıxdı:
332 baxış

Deputat qarşı çıxdı: “Mən buna səs verməyəcəyəm” – VİDEO

2026-cı ilin büdcə-vergi paketi kiçik sahibkarın çiyninə əlavə yük olacaq. Xüsusilə fərdi sahibkarlar üçün təklif edilən yeni sosial sığorta mexanizmi iqtisadiyyatın ən həssas təbəqəsini – kiçik dövriyyəli biznesi zərbə altına salır.

Globalinfo.az xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev deyib.

Xəbəri videodan da izləyə bilərsiniz:

Deputat qeyd edib ki, aksizlər üzrə dəyişikliklər də iqtisadi məntiqə söykənmir:

“İçməli spirtdə və alkoqollu içkilərdə 0.2 manatlıq, energetik içkilərdə 0.2 manatlıq, siqaretdə 9.5 manatlıq artım, mobil cihazlara görə 20 manatlıq aksiz, 7 ildən köhnə avtomobillərin idxalında əmsalın benzin üçün 1.2-dən 1.5-ə, dizel üçün 1.5-dən 2-yə qaldırılması – bütün bunlar birbaşa bazarda qiymət artımı deməkdir. İnflyasiyanın yüksək olduğu bir dövrdə belə addımların atılması vətəndaşın cibinə ciddi təsir edəcək addımdır.

İctimai iaşə sektoruna gəlincə, POS-terminal dövriyyəsinin 50 faizinin ƏDV-dən azad edilməsi və sadələşdirilmiş verginin 8 faizdən 6 faizə endirilməsi üç il müddətinə nəzərdə tutulub. Sual yaranır: üç ildən sonra nə olacaq? Bu sektorun üç il nəfəs almasına imkan yaradıb, sonra yenidən boğmaq planı hansı məntiqə əsaslanır? İctimai iaşə pandemiyadan, inflyasiyadan, xammal bahalaşmasından zərbə alıb, indi də vergi rejiminin qeyri-sabitliyi ilə üz-üzə qoyulur. Belə şəraitdə, məhz uzunmüddətli sərmayə qoymaq istəyənlərin sayı ciddi şəkildə azalacaq.

Təqdim olunan sənəd iqtisadi fəallığı gücləndirmir, əksinə, fəallığa təzyiq göstərir.

Biz bu formada qəbul olunan layihənin ölkə üzrə minlərlə kiçik biznesi bağlayacağını, regionlarda tənəzzülü dərinləşdirəcəyini və vergi daxilolmalarını azaldacağını güman edirik. Buna görə də sənəd yenidən işlənməli, kiçik sahibkarın, muzdlu işçinin və regionların maraqları nəzərə alınmalıdır.

Büdcə layihəsinə müsbət səs verdim. Amma bu şərtlər daxilində sözügedən dəyişikliyin lehinə səs verməyəcəm”.

Bizə qoşulun