Medianews.az
Dəhşətli xəstəlik:
77 baxış

Dəhşətli xəstəlik: Bir ailədən 35 nəfər yuxusuzluqdan ÖLDÜ

İspaniyada nadir genetik xəstəlik bir ailədə 35 nəfərin ölümünə səbəb olub.

Medianerws.az xəbər verir ki, Antonio Lamelas ailə üzvlərinin “fatal ailəvi yuxusuzluq” adlanan xəstəlikdən dünyasını dəyişdiyini bildirib.

Bu xəstəlik onun oğlu Visentenin də həyatına son qoyub.

Mütəxəssislərin sözlərinə görə, bu patologiya adi yuxusuzluqdan fərqlənir. Xəstələr ümumiyyətlə yata bilmir, nəticədə beyin sürətlə zədələnir və funksiyalarını itirir.

Nevroloq Selia Qarsiya Malo bildirib ki, xəstəlik talamusun fəaliyyətinin pozulması ilə əlaqədardır və əsasən 30-60 yaş arasında başlayır. Bir neçə ay ərzində isə ölümə gətirib çıxarır.

Xəstəliyin əlamətlərinə yaddaş problemləri, hərəkət pozuntuları, əzələ seğirmələri və hallüsinasiyalar daxildir. Hazırda bu xəstəliyin effektiv müalicəsi mövcud deyil.

Medianerws.az

Bizə qoşulun