Medianews.az
Dəhşətli təyyarə qəzası:
74 baxış

Dəhşətli təyyarə qəzası: 6 nəfər HƏLAK OLDU

Meksikanın Toluka Beynəlxalq Hava Limanı yaxınlığında özəl biznes təyyarəsinin qəzaya uğraması nəticəsində azı altı nəfər həyatını itirib.

Ajans.az xəbər verir ki,bu barədə Meksika ştatının Mülki Müdafiə Xidməti məlumat yayıb.

Məlumata görə, qəza Akapulkodan (Qerrero ştatı) Tolukaya uçuş həyata keçirən, XA-PRO quyruq nömrəli Cessna Citation III tipli özəl təyyarə ilə baş verib. Təyyarənin göyərtəsində səkkiz sərnişin və iki heyət üzvü olmaqla ümumilikdə 10 nəfər olub.

İlkin məlumatlara əsasən, qəza nəticəsində azı altı nəfər həlak olub. Sağ qalanların vəziyyəti ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

Mülki Müdafiə Xidmətinin açıqlamasında bildirilib ki, hadisə yerində axtarış-xilasetmə və istintaq tədbirləri davam etdirilir. Qəzanın dəqiq səbəbləri araşdırılır.

Bizə qoşulun