Medianews.az
Dəhşət: Qıza təcavüz edib
93 baxış

Dəhşət: Qıza təcavüz edib videoya çəkiblər

Hindistanda 22 yaşlı gənc və beş məktəbli doqquzuncu sinif şagirdinə təcavüz edib hadisəni videoya çəkiblər.

Medianews.az xəbər verir ki, hadisə Odişa ştatındakı məktəbdə, axşam dərsləri zamanı baş verib.

Müəllim sinifdə olmadığı müddətdə gənc və beş şagird otağa daxil olub və qızı onlarla getməyə razı salıblar. Qız yaxınlıqdakı təcrid olunmuş bir əraziyə aparılıb və orada təcavüzə məruz qalıb.

Onlar tezliklə videonu sosial mediada paylaşıblar və məktəbli qızı polisə müraciət edəcəyi təqdirdə zorakılıqla hədələyiblər. Qısa müddətdən sonra video yayılıb və qurbanın ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib. 22 yaşlı gənc həbs ediilb, yetkinlik yaşına çatmayanlar isə islah müəssisələrinə göndərilib.

Medianews.az

Bizə qoşulun