Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonunda polad zavodunda baş verən partlayış nəticəsində doqquz nəfər həlak olub, bir nəfər itkin düşüb.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyinin məlumatında deyilir.
Xilasetmə işləri davam edir.
Yerli qəza-xilasetmə qərargahının məlumatına görə, partlayış bazar günü saat 15:03-də Baotou şəhərində yerləşən "Baogang United Steel" polad təbəqə istehsalı zavodunda baş verib.