Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) maaşlar artırılıb.
Medianews.az xəbər verir ki, bu barədə ADNSU Elmi şurası qərar verib.
Qərara əsasən dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15–20 %, tyutorların 33% və laborantların isə 20% artırılıb.
Bildirilib ki, artımdan sonra olan əmək haqqı professorlar 2150 AZN, dosentlər 1700 AZN, baş müəllimlər 1500 AZN, müəllimlər isə 1350 AZN maaş alacaq.