Rumıniyanın paytaxtı Buxarestdə ölkənin Nəqliyyat Nazirliyinin yerləşdiyi binada daxilində sərnişinlər olan liftin çökməsi hadisəsi baş verib.
Medianews.az bildirir ki, "Romania Journal" nəşrinin yaydığı məlumata görə, qəza nəticəsində liftin kabini bir neçə mərtəbə birdən aşağı yuvarlanıb. Hadisə zamanı liftin içində olan 7 nəfər xəsarət alıb ki, onlardan da 5-nə hadisə yerində tibbi yardım göstərilməsi tələb olunub.
Qeyd olunur ki, liftin texniki xidmətinə cavabdeh olan şirkət cəmi bir gün əvvəl həmin liftdə profilaktik işlər aparıb və trosları tamamilə yeniləyib. Baş vermiş bədbəxt hadisədən sonra əlavə yoxlamaların aparılması məqsədilə binadakı bütün liftlərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb./32gun.az/