Medianews.az
Tbilisi qatarı yola düşür: ilk bileti alan da məlum oldu
115 baxış

Tbilisi qatarı yola düşür: ilk bileti alan da məlum oldu

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb.

Artıq ilk dəqiqələrdən Bakı Dəmiryol Vağzalının kassasında növbə yaranıb və 150-dən çox bilet satılıb.

Bakı–Tbilisi qatarına bilet alan ilk şəxs Elnarə Rəsulova adlı xanım sərnişin olub.

Xatırladaq ki, ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da hərəkət edəcək.

Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından almaq mümkündür.

Bizə qoşulun