Medianews.az
Bu ölkədə məktəblərə hicabla gəlmək
49 baxış

Bu ölkədə məktəblərə hicabla gəlmək qadağan oluna bilər

Avstriyanın hakim koalisiyası 14 yaşdan kiçik qızların məktəblərə hicabla gəlməsini qadağan edən qanun layihəsi təqdim edib.

Bu barədə Medianews.az  Oxu.Az-a istinadən xəbər verir.

Məlumata görə, parlamentin aşağı palatası təşəbbüsü bu həftə müzakirə edəcək.

"Bu, dinə qarşı tədbir deyil, ölkədə qızların azadlığının qorunması üçün tədbirdir", - deyə liberal "Neos" Partiyasının lideri Yannik Şetti bildirib.

O, izah edib ki, hicab qadağası ölkə üzrə təxminən 12 000 uşağa şamil ediləcək.

Belə tədbiri ultrasağçı Avstriya Azadlıq Partiyası dəstəkləyib və bunu gələcəkdə genişləndirilməli olan ilk addım adlandırıb.

Siyasi qüvvənin nümayəndələri hesab edirlər ki, qadağa bütün şagirdləri və məktəb personalını əhatə etməlidir.

Qanun layihəsi artıq Avstriyanın İslam dini icması tərəfindən tənqid olunub və bunun fundamental insan hüquqlarını pozduğu iddia edilib.

Bizə qoşulun