Medianews.az
Bu ölkədə güclü zəlzələ oldu
91 baxış

Bu ölkədə güclü zəlzələ oldu

Papua-Yeni Qvineyanın şərqində güclü zəlzələ baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avropa- Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, 6,2 maqnitudalı zəlzələnin episentri 27 min nəfərə yaxın əhalisi olan Madan şəhərindən 25 kilometr şərqdə qeydə alınıb. Yeraltı ocağı isə 78 km dərinlikdə olub.

Zərərəçəkənlər və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Bizə qoşulun