Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.
Medianews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, habelə Naxçıvan Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.
Həmçinin digər bölgələr üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin dekabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.