Sofiyanın ÇSKA klubunun, Bolqarıstan milli komandasının keçmiş oyunçusu və məşqçisi, ölkədə XX əsrin ən yaxşı məşqçisi adına layiq görülən Dimitar Penev vəfat edib.
"Report" Bolqarıstan Futbol İttifaqına istinadən xəbər verir ki, tanınmış mütəxəssis 80 yaşında həyatla vidalaşıb.
D.Penev futbolçu karyerası ərzində 8 dəfə, baş məşqçi kimi 3 dəfə Bolqarıstan çempionu olub. İki dəfə ölkəsində ilin ən yaxşı futbolçusu seçilib.
Sabiq müdafiəçi milli komandada keçirdiyi 90 oyunda 2 qol vurub. 1966, 1970 və 1974-cü illərdə dünya çempionatında iştirak edib.
Bolqarıstan yığması onun rəhbərliyi altında 1994-cü ildə ABŞ-də keçirilən mundialda tarixinin ən yaxşı nəticəsinə (4-cü yer) imza atıb.