Medianews.az
Blogerlər və məşqçilərin VERGİ BORCU üzə çıxdı:
253 baxış

Blogerlər və məşqçilərin VERGİ BORCU üzə çıxdı: ŞOK RƏQƏMLƏR - FOTO

Rusiyada ilin sonuna qədər blogerlər və məşqçilər dövlət büdcəsinə 1,8 milyard rubladək vergi ödəməyib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Baza” telegram kanalı yayıb.

Məlumatda bildirilir ki, Dmitri Portnyaginin borcu 820 milyon rubla çatıb.

Əvvəl o, 799 milyon rublluq hesabını ədalətsiz adlandıraraq bildirib ki, Federal Vergi Xidməti 21 fiziki və hüquqi şəxsi birləşdirərək milyardlarla rublluq dövriyyələrini onun mənfəət mərkəzi kimi qiymətləndirib.

Şəxsi inkişaf üzrə məşqçi İnna Tliaşinovanın vergi borcu 504 milyon rubla çatıb. O, beynəlxalq axtarışa verilib. İstintaqa görə, İnna dövlətdən 431 milyon rublu gizlədib.

Bloger Aleksandra Mitroşinanın borcu 317 milyon rubla çatıb. O, mart ayında saxlanılıb. İstintaq məlumatına görə, bloger vergini ödəmədiyi 127 milyon rublu leqallaşdırıb. Cinayət işi məhkəməyə göndərilib.

Bloger Valeriya Çekalinanın 170 milyon rubl, keçmiş əri Artyomun isə 637 min rubl borcu var. İstintaq hesab edir ki, onlar vəsaiti xarici ölkə hesablarına köçürərkən saxta sənədlərdən istifadə ediblər. Oktyabr ayından bəri onlar ev həbsində saxlanılır.

Eyni zamanda “Marafon Kraliçası” Elena Blinovskayanın borcu 1,7 milyon dollara çatıb. Hazırda bloger ümumi rejimli koloniyada cəzasını çəkir.

Bizə qoşulun