Medianews.az
Binanın döşəməsi çökdü -
200 baxış

Binanın döşəməsi çökdü - Xəsarət alanlar var

Goranboyda yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin döşəməsi çöküb.

Medianews.az xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsi anidən çöküb. Nəticədə bina sakinləri 1951-ci il təvəllüdlü S.Süleymanova və 1966-cı il təvəllüdlü S.Məmmədova xəsarət alıb. Hazırda xəsarət alan hər iki şəxsin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov bildirib ki, mənzilin döşəməsinin çökməsi nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Onun sözlərinə görə, hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. O, bina sakinlərinin təxliyə edildiyini də deyib.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.

Bizə qoşulun