Medianews.az
Baydenin oğlu Ukraynanı ilan yuvası adlandırdı
81 baxış

Baydenin oğlu Ukraynanı ilan yuvası adlandırdı

Musavat.com xəbər verir ki, bu barədə "RIA Novosti" yazıb.

“Düşünürəm ki, bu, səhv idi. Ukraynanın necə bir ‘ilan yuvası’ olduğunu anlamada çox, çox sadəlövh olmuşam. Oradakı korrupsiya səviyyəsi bu günə qədər məni heyrətləndirir”, – deyə Hunter Bayden The Shawn Ryan Show proqramına müsahibəsində bildirib.

"New York Post" qəzetinin məlumatına görə, Hunter Bayden Burisma-da çalışdığı dövrdə enerji sahəsində təcrübəsi olmamasına baxmayaraq, illik təxminən 1 milyon dollar qonorar alıb.

Hazırda isə o, ümumilikdə 15 milyon dollar civarında borcu olduğunu və bu borcu necə ödəyəcəyini bilmədiyini deyir.

Xatırladaq ki, 2020-ci ilin oktyabrında New York Post Hanter Baydenə aid elektron məktublar dərc etmişdi. Həmin yazışmalarda onun atasının ABŞ-ın vitse-prezidenti olduğu dövrdə Ukraynadakı Burisma şirkətindəki işəgötürənlərinə atasını təqdim etdiyi iddia olunurdu. ABŞ-ın keçmiş prezidenti Donald Trump isə Baydenin atasına çıxış imkanı “satmaq” yolu ilə milyonlarla dollar qazandığını iddia etmişdi.

Sözügedən yazışmaların Delaver ştatında bir təmir emalatxanasında tapıldığı deyilən Hunter Baydenə məxsus noutbukdan əldə edildiyi bildirilirdi. Daha sonra həmin noutbukdan yayılan şəxsi fotolar – narkotik maddələr və yüngül əxlaqlı qadınlarla çəkilmiş görüntülər – geniş ictimai rezonans doğurub

Bizə qoşulun