“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen icarə əsasında “Jirona”ya keçib.
Publika.az xəbər verir ki, insayder Fabritsio Romanonun sözlərinə görə, klublar alman qapıçının cari mövsümün sonuna qədər icarəyə verilməsinə şifahi razılıq verib. Ter Ştegen daha əvvəl transferə razılıq vermişdi.
Transferin bu həftə rəsmiləşəcəyi gözlənilir. Ter Ştegen bu mövsüm bir oyun keçirib – Kral Kubokunda “Qvadalaxara”ya qarşı (2:0).