Medianews.az
Balakəndə baş verən qəzada ölənlərin sayı artıb
44 baxış

Balakəndə baş verən qəzada ölənlərin sayı artıb

Balakənin rayonun Talalar kəndi ərazisində dekabrın 15-də baş verən avtomobil qəzasında xəsarət alanlardan daha bir nəfər ölüb.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, ağır qəzada yaralanan rayonun Yeni Şərif kənd sakini 31 yaşı Şamil Saxalov həkimlərin səyinə baxmayaraq, Balakən Rayon Mərkəzi Xəstəxanasında keçinib.

Qeyd edək ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2106"nın sürücüsü - 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü - 22 yaşlı Rufan Bayramov və "VAZ-2106"da olan sərnişin, 31 yaşlı Şamil Saxalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bizə qoşulun