Bu gün saat 17:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Bakıda və Abşeron yarımadasında leysan xarakterli yağıntı intensivdir.
Oğuz, İsmayıllı, Ağsu, Göyçay, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahdağda isə qar yağır.
Şərur, Ordubad, Sədərək, Daşkəsən, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur.