Medianews.az
Bakıda kanalizasiya kollektoru çöküb, evləri su basıb -
92 baxış

Bakıda kanalizasiya kollektoru çöküb, evləri su basıb - VİDEO

Bakı şəhəri, Xətai rayonu Zeytun küçəsində kanalizasiya kollektorunda çökmə nəticəsində ərazidə bəzi evlərin zirzəmiləri və həyətyanı sahələri subasmaya məruz qalıb.

Medianews.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması məqsədilə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri görülür.

Bizə qoşulun