Bakıda daha bir nəfər dəm qazının qurbanı olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 16-sı saat 06 radələrində Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Rəşidə Abdullayeva yaşadığı evdə dəm qazından zəhərlənib.
Onun meyiti yaxınları tərəfindən hamam otağında aşkar edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.