Medianews.az
Azərbaycanın aldığı və satdığı əsas məhsulların RƏSMİ SİYAHISI
163 baxış

Azərbaycanın aldığı və satdığı əsas məhsulların RƏSMİ SİYAHISI

Medianews.az Azərbaycanın əsas ixrac və idxal məhsullarının rəsmi siyahısına nəzər salıb.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında neft-qaz sektoru üzrə 20 milyard 84,1 milyon dollar dəyərində ixrac qeydə alınıb.

İlk beşlikdə bu məhsullar da var: meyvə-tərəvəz - 807,4 milyon dollar, plastmas və ondan hazırlanan məmulatlar - 340,5 milyon dollar, kimya sənayesi məhsulları - 301,7 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar - 213,2 milyon dollar.

İdxalın ilk beşliyində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri (3,2 milyard dollar), nəqliyyat vasitələri və onların hissələri (2,6 milyard dollar), yeyinti məhsulları (2,3 milyard dollar), qara metallar və onlardan hazırlanan məmulatlar (1 milyard 10,2 milyon dollar), plastmas və onlardan hazırlanan məmulatlar (523,9 milyon dollar) göstərilir.

Medianews.az

Bizə qoşulun