Medianews.az
AZAL təyyarəsi havaya qalxa bilmədi –
135 baxış

AZAL təyyarəsi havaya qalxa bilmədi – PUA təhlükəsi

Moskvadan Bakıya planlaşdırılan sərnişin təyyarəsi təhlükəsizlik səbəbilə vaxtında havaya qalxa bilməyib. Hadisə paytaxtdakı əsas hava limanlarından biri – Domodedovoda baş verib və uçuş müvəqqəti olaraq təxirə salınıb.

Bakupost.az xəbər verir ki, Rusiyanın aviasiya strukturlarına yaxın mənbələrin bildirdiyinə görə, qərar hava məkanında tətbiq edilən əlavə təhlükəsizlik tədbirləri ilə bağlı olub. Son günlər Moskva və ətraf regionlarda pilotsuz uçuş aparatları (PUA) ilə bağlı risklərin artması fonunda hava limanlarında rejim sərtləşdirilib, bir sıra reyslərin uçuş-enişinə məhdudiyyətlər qoyulub.

“İnterfaks”ın xəbər verir ki, “Rosaviasiya” mülki aviasiyanın təhlükəsizliyini təmin etmək məqsədilə bəzi uçuşların gecikdirilməsi və ya marşrutunun dəyişdirilməsi barədə göstəriş verib. Bu məhdudiyyətlər çərçivəsində Bakı istiqamətinə olan reys də müvəqqəti olaraq dayandırılıb. Vəziyyətlə bağlı məlumat təyyarə ekipajı və sərnişinlərə verilib, uçuşun sonrakı saatlarda həyata keçirilməsi nəzərdə tutulub.

Rusiya Müdafiə Nazirliyi isə son açıqlamalarında ölkənin bir sıra regionları üzərində aşkarlanan PUA-ların hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib. Rusiya KİV-ləri qeyd edir ki, bu cür hadisələrdən sonra Moskva hava qovşağında mülki aviasiya üçün müvəqqəti məhdudiyyətlərin tətbiqi adi praktikaya çevrilib.

Hazırda Bakı reysi üzrə uçuşun bərpa olunacağı vaxt dəqiqləşdirilir. Aviaşirkət nümayəndələri sərnişinlərin təhlükəsizliyinin əsas prioritet olduğunu bildirərək, bütün qərarların müvafiq dövlət qurumlarının göstərişlərinə uyğun verildiyini vurğulayıblar.

Bizə qoşulun