Medianews.az
Magistraturaya maraq
360 baxış

Magistraturaya maraq NİYƏ AZALIB?

“30 ilə ilə yaxındır ki, magistratura təhsil pilləsi yaradılıb. Heç bir hazırlıq aparılmadan. Sonrakı illərdə də heç təkmilləşdirilmədi. Bu səbəblərdən magistratura təhsili tələbələrə yeni heç nə vermir: keyfiyyətsiz proqramlar, hazırlıqsız müəllimlər, dərsliksiz, resurssuz tədris”. Pedaqoji elmlər namizədi, dosent İlham Əhmədov bu il magistratura pilləsinə qəbulda yaranmış acınacaqlı vəziyyəti Medianews.az-a şərh edərkən belə deyib.

İ.Əhmədovun sözlərinə görə, ali təhsil müəssisələrinin magistraturalarında təhsil əsasən bakalavr proqramlarının təkrarından ibarətdir: “30 ilə yaxın müddətdə magistratura təhsil pilləsini təkmilləşdirmək üçün lazım olan addımlar atılmadı. Burda tələbələr çox vaxt magistr diplomu almaq xatirinə oxuyurdular, indi bu diplomun da iş tapmağa bir xeyri yoxdur. Həm də artıq magistratura çox vaxt axşam, sadələşdirilmiş proqramlarla aparılır, necə dəyərlər, "suyunun suyu" alınır...”

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul zamanı boş qalan 3700 yer (1200 yer dövlət sifarişi) üçün 1408 nəfər seçim edib. Onlardan 617 nəfəri (96 nəfər dövlət sifarişinə) magistraturaya qəbul olunub. Beləliklə, magistraturaya qəbul imtahanlarında 1100-dən çox dövlət sifarişli yer boş qalıb. Ümumilikdə boş qalan dövlət sifarişli yerlərin sayı isə 3000-dən çoxdur.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun