Medianews.az
Sifarişə görə 20 yaşlı qızı ürəyindən bıçaqlayaraq öldürdü -
96 baxış

Sifarişə görə 20 yaşlı qızı ürəyindən bıçaqlayaraq öldürdü - VİDEO

İstanbulda dəhşətli qətl hadisəsi baş verib.

Medianews.az xəbər verir ki, 19 yaşlı Şeymanur Sanbay kafedə sifariş üstündə mübahisə etdikdən sonra həmkarı, 20 yaşlı Havin Taşçını bıçaqlayaraq qətlə yetirib.

Hadisə 31 oktyabr cümə günü səhər saat 04:00 radələrində Sancaktepe məhəlləsində yerləşən kafelərin birində baş verib. İddiaya görə, bir müddət əvvəl həmin kafedə işləyən Havin Taşçı iş yerinə gələrək sifariş verib. Lakin sifarişdən narazı qaldığı üçün kafedə çalışan Şeymanur Sanbay ilə arasında mübahisə yaranıb.

Mübahisədən sonra Şeymanur Sanbay kafedən çıxaraq evinə gedib və oradan bir bıçaq götürüb. Daha sonra 16 yaşlı bacısı R.F.S. ilə birlikdə yenidən kafeyə qayıdıb. Qızlar arasında gərginlik davam edib və mübahisə bir anda davaya çevrilib.

Dava zamanı Sanbay özü ilə gətirdiyi bıçaqla Havin Taşçını ürəyindən və qarnından bıçaqlayıb. Ağır yaralanan gənc qadın təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisə yerində iki bıçaq aşkar edib və Şeymanur Sanbayla bacısı R.F.S.-ni saxlayıb. Şeymanur Sanbay istintaqdan sonra məhkəməyə göndərilərək həbs edilib, bacısı isə sərbəst buraxılıb.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.

Medianews.az

Kafede sipariş nedeniyle tartıştığı eski iş arkadaşını bıçakla öldürdü

Bizə qoşulun