Medianews.az
Küçənin ortasında dəhşət! Rus cütlüyün mübahisəsi qanla bitdi -
105 baxış

Küçənin ortasında dəhşət! Rus cütlüyün mübahisəsi qanla bitdi - FOTO

Antalya şəhərinin Alanya rayonunda yaşayan və boşanma prosesində olan rus cütlük arasında mübahisə qanlı insidentlə nəticələnib.

Medianews.az xəbər verir ki, Rusiya vətəndaşı olan M.G., əri A.G.-ni bıçaqlayıb.

Hadisə Mahmutlar məhəlləsindəki mənzil kompleksinin qarşısında baş verib. Ər-arvad arasında başlayan mübahisə qısa müddətdə davaya çevrilib. İddiaya görə, M.G. həyat yoldaşını bıçaqla bədəninin müxtəlif nahiyələrindən yaralayıb.

Yaralı A.G.-yə hadisə yerinə çağırılan tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Həkimlər onun həyati təhlükəsinin olmadığını bildiriblər.

Hadisədən sonra jandarma əməkdaşları M.G.-ni cinayət silahı ilə birlikdə saxlayıblar. Qadın ifadəsi alınmaq üçün bölməyə aparılıb.

Hadisə ilə bağlı istintaq davam etdirilir.

Medianews.az

Boşanma aşamasındaki kocasını bıçakladı

Boşanma aşamasındaki kocasını bıçakladı

Bizə qoşulun