Mərkəzi Bankın hesabatına görə, noyabrın 1-nə valyuta ehtiyatı 11 milyard 368,3 milyon dollara çatıb.
Medianews.az xəbər verir ki, 2015-ci ilə 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı rəsmiləşib, devalvasiya fonunda 2016-cı ilə 5 milyard 16,7 milyon dollara, 2017-ci ilə 3 milyard 974,4 milyon dollara düşüb.
2018-ci il 5 milyard 334,6 milyon dollar, 2019-cu il 5 milyard 625,7 milyon dollar, 2020-ci il 6 milyard 258 milyon dollar, 2021-ci il 6 milyard 369,4 milyon dollar, 2022-ci il 7 milyard 75 milyon dollar, 2023-cü il 8 milyard 995,7 milyon dollar, 2024-cü il 11 milyard 613 milyon, 2025-ci il 10 milyard 959,5 milyon dollarla start götürüb.
Toğrul Əli,
Medianews.az