Medianews.az
Gürcüstanda ərzaq inflyasiyası 
447 baxış

Gürcüstanda ərzaq inflyasiyası 

Gürcüstanın Milli Statistika Xidmətinin hesabatına görə, oktyabrda ölkənin istehlak bazarında qiymətlər 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,2 faiz artıb.

Medianews.az bildirir ki, ərzaq və spirtsiz içkilərdə bahalaşma 11,7 faiz, səhiyyə xidmətlərində 8,9 faiz, mehmanxana və ictimai iaşə xidmətlərində 7,3 faiz, spirtli içkilər və tütün məmulatlarında 5,6 faiz, təhsil sahəsində 2,1 faiz, kommunal xidmətlərdə 0,4 faiz göstərilir.

Rabitə xidmətlərinin 4,2 faiz, mebel və məişət əşyalarının 2,2 faiz, istirahət və mədəniyyət xidmətlərinin 2,1 faiz, nəqliyyatın 0,8 faiz, geyim və ayaqqabıların 0,7 faiz ucuzlaşdığı xəbər verilir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun