Medianews.az
Gələn aydan ölkələr nə qədər neft çıxara bilər? -
199 baxış

Gələn aydan ölkələr nə qədər neft çıxara bilər? - Normalar yenilənir

Neft ixracatçılarının OPEK+ koalisiyasında hasilat normaları qismən yenilənir.

Medianews.az-ın məlumatına görə, dekabr ayından Səudiyyə Ərəbistanı gündə 10 milyon 103 min barrel, Rusiya 9 milyon 574 min barrel, İraq 4 milyon 273 min barrel, Birləşmiş Ərəb Əmirlikləri 3 milyon 411 min barrel, Küveyt 2 milyon 580 min barrel, Qazaxıstan 1 milyon 569 min barrel, Əlcəzair 971 min barrel, Oman 811 min barrel xam neft çıxara bilər.

Azərbaycan üçün hasilat norması 551 min barreldir.

Qalan ölkələrin kvotaları belədir: Meksika – 1 milyon 753 min barrel, Nigeriya – 1 milyon 500 min barrel, Malayziya – 401 min barrel, Konqo – 277 min barrel, Bəhreyn – 196 min barrel, Qabon – 177 min barrel, Cənubi Sudan – 124 min barrel, Bruney – 83 min barrel, Ekvatorial Qvineya – 70 min barrel, Sudan – 64 min barrel.

OPEK-ə Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır.

Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86, noyabra 65,87 dollarla başlayıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun