Soyuq havalarda otaqdakı isti hava ilə soyuq pəncərə şüşəsi qarşılaşdıqda şüşənin səthində su damcıları yaranır. Bu, sadəcə vizual problem deyil, zamanla pəncərə kənarlarında qaralmalara və kifin yaranmasına gətirib çıxarır.
Milli.Az xəbər verir ki, mütəxəssislər bu problemi həll etmək üçün çox sadə məişət vasitələrini təklif edirlər.
Ən effektiv üsullardan biri qabyuyan mayedən istifadə etməkdir.
Bir az qabyuyan mayeni quru bir bezin üzərinə tökün və pəncərə şüşəsinin daxili hissəsinə nazik bir təbəqə halında çəkin. Daha sonra başqa bir təmiz, quru bezlə şüşəni parıldayana qədər silin. Mayenin yaratdığı görünməz təbəqə su damcılarının şüşəyə yapışmasının qarşısını alacaq.
Təraş köpüyü təkcə hamam güzgülərində deyil, pəncərələrdə də möcüzələr yaradır.
Şüşəyə bir az təraş köpüyü çəkin və bir neçə dəqiqə gözləyin. Sonra yumşaq bir bezlə silin. Bu üsul şüşənin üzərində qoruyucu bir baryer yaradaraq buxarlanmanı minimuma endirir.
Apteklərdə asanlıqla tapılan qliserin buxarlanmaya qarşı ən güclü silahlardan biridir.
Bir neçə damcı qliserini suya qarışdırıb pəncərələri bu su ilə silin. Gliserin suyun şüşə üzərində cəmləşməsinə mane olur və şüşələrin daha uzun müddət təmiz qalmasını təmin edir.
Əgər pəncərədə nəmişlik çoxdursa, fiziki olaraq rütubəti çəkmək lazımdır.
Pəncərənin önünə bir qabın içində dəniz duzu və ya karbonat (soda) qoyun. Duz havadakı artıq nəmi özünə çəkərək şüşəyə sızmasının qarşısını alacaq.
Bütün bu üsullarla yanaşı, mütəxəssislər "çarpaz havalandırma" üsulunu tövsiyə edir. Gündə ən azı iki dəfə pəncərələri 5-10 dəqiqəlik tam açaraq daxildəki nəmli havanın təmiz və quru hava ilə əvəzlənməsini təmin etmək problemin kökündən həlli üçün vacibdir.