Medianews.az
Ankarada Sabir Rüstəmxanlını duyğulandıran hadisə –
49 baxış

Ankarada Sabir Rüstəmxanlını duyğulandıran hadisə – Şəhidlikdə adına 80 ağac əkildi

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının Ankarada keçirilən təntənəli 80 illik yubiley tədbirində duyğulu anlar yaşanıb.

Medianews.az Bakupost.az-a istinadla xəbər verir ki, tədbir zamanı Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfinin rəhbəri, professor Aygün Attar çıxış edərək Xalq şairinə xüsusi sürpriz hazırlandığını açıqlayıb.

Bildirilib ki, Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə Ankaradakı “8 Kasım Qarabağ Şəhidləri Xatirə Ormanı”nda onun adına 80 ədəd fidan əkilib.

Daha sonra bu mənəvi təşəbbüsü əks etdirən xüsusi xatirə lövhəsi Sabir Rüstəmxanlıya təqdim olunub. Lövhədə qeyd edilib ki, əkilən ağaclar şəhidlərimizin ruhunu salamlayacaq.

Qeyd edək ki, bu il mayın 20-də Sabir Rüstəmxanlının 80 yaşı tamam olur. Bu münasibətlə həm Azərbaycanda, həm də Türkiyədə bir sıra yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Bizə qoşulun