Medianews.az
12 yaşlı yeniyetməni yük qatarında
59 baxış

12 yaşlı yeniyetməni yük qatarında "tok" vurdu

Goranboyda bədbəxt hadisə baş verib.

Medianews.az "Unikal"ın məlumatına istinadla bildirir ki, hadisə rayonun Dəliməmmədli şəhərində yerləşən Dəmirolu stansiyasında qeydə alınıb. Belə ki, Dəliməmmədli şəhər sakini, 2014-cü il təvəllüdlü (12 yaş) S.Ramazanov dayanmış vəziyəttdə olan yük qatarında olan zaman onu elektrik cərəyanı vurub. Yeniyetmə hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizə qoşulun