Medianews.az
Afaq Bəşirqızı qayıdır
52 baxış

Afaq Bəşirqızı qayıdır

Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsində çıxış edəcək. 

Aktrisa Akademik Musiqili Teatrda "Zal qızı Zalxa" tamaşasında rol alacaq. 

Uzun müddətdir səhhətindəki problemlə əlaqədar səhnədən uzaq qalan Bəşirqızı yanvarın 30-da tamaşaçılarla görüşəcək. Yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Qeyd edək ki, Afaq Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı.  (Axşam.az)

Bizə qoşulun