Medianews.az
ABŞ öz vətəndaşlarına İranla bağlı ÇAĞIRIŞ ETDİ
141 baxış

ABŞ öz vətəndaşlarına İranla bağlı ÇAĞIRIŞ ETDİ

ABŞ Dövlət Departamenti vətəndaşlarına rəsmi xəbərdarlıq edərək, onları İrana səyahət etməkdən çəkinməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə mesaj departamentin “X” sosial şəbəkəsindəki səhifəsində dərc edilib.

Bildirişdə qeyd olunur ki, ABŞ-ın Tehranda səfirliyi yoxdur və vətəndaşlarının İranda olması terrorizm, kütləvi iğtişaşlar, adam oğurluğu və əsassız həbs də daxil olmaqla ciddi risklərlə əlaqələndirilir.

Dövlət Departamentinin açıqlamasında deyilir: "Təhlükəsizliyiniz üçün heç bir halda İrana səyahət etməməyiniz tövsiyə olunur".

Bizə qoşulun