Medianews.az
ABŞ İran müxalifəti ilə qabalı görüşə hazırlaşır
63 baxış

ABŞ İran müxalifəti ilə qabalı görüşə hazırlaşır

ABŞ Tehranla rəsmi danışıqlara paralel olaraq, İranın dini lideri Əli Xameneinin devrilməsindən sonra keçid dövrü üçün fəaliyyət planı hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə “National” nəşri məlumat yayıb.

“Prezident Trampın Floridadakı iqamətgahında İran diasporunun nüfuzlu üzvləri ilə qapalı görüş keçiriləcəyi gözlənilir. Hazırlıq işlərində Trampın kürəkəni Cared Kuşner iştirak edir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, hazırda Omanda ABŞ və İran nümayəndə heyətləri arasında görüş keçirilir.

Bizə qoşulun