İranın Küveytdəki dəniz bazasına raket hücumu ABŞ hərbçiləri arasında itkilərə səbəb olub.
Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, bu, SEPAH-ın bəyanatında əksini tapıb. İRNA xəbər agentliyinin yaydığı sənəddə qeyd olunur ki, "Küveytdəki ABŞ dəniz bazasına dörd ballistik raket və 12 pilotsuz təyyarə hücum edib".
Məlumata görə, hücum "bazanın infrastrukturunu məhv edib və çox sayda ABŞ hərbçisinin ölümünə və ya yaralanmasına səbəb olub".
Bundan əlavə, bəyanatda qeyd olunur ki, SEPAH bölmələri ABŞ hərbi gəmilərinə təchizat aparan ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstək gəmisinə və Hind okeanında ABŞ donanmasını yanacaqla təmin edən nəqliyyat gəmisinə hücum etmək üçün raket və dronlardan istifadə edib.