ABŞ Ədliyyə Departamenti Venesuela Prezidenti Nikolas Maduroya, onun həyat yoldaşına və oğluna qarşı yeni ittiham aktının mətnini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, onlar narkoterrorçuluq və narkotik qaçaqmalçılığında ittiham olunurlar. Departament ittiham aktında bildirir ki, Maduro və müttəfiqləri Venesuela qurumlarını öz mənfəətləri üçün narkotik ticarəti ilə əlaqəli korrupsiya yuvasına çeviriblər.
Qeyd olunub ki, bu korrupsiya Venesuela rəsmilərinin və onların ailələrinin ciblərini doldurmaqla yanaşı, Venesuela torpağında cəzasız fəaliyyət göstərən və tonlarla kokain istehsalına, qorunmasına və ABŞ-a daşınmasına kömək edən zorakı narkoterrorçulara da fayda verib.