Medianews.az
43 yaşlı kişi çardaqdan yıxılıb
76 baxış

43 yaşlı kişi çardaqdan yıxılıb öldü

Samux sakini bədbəxt hadisə nəticəsində ölüb.

Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini 43 yaşlı Yavər Məmmədov həyətində çardağı təmir edərkən yıxılıb.

O, ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun usta olduğu bildirilir.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma başlanılıb.

Bizə qoşulun