Medianews.az
“3+3” görüşü Bakıda keçirilsə... -
59 baxış

“3+3” görüşü Bakıda keçirilsə... - Spiker nə dedi?

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Bakıda “3+3” formatında keçiriləcək potensial görüşdə Ermənistan nümayəndə heyətinin iştirakını istisna etməyib.

Medianews.az armenpress-ə istinadla xəbər verir ki, o bunu Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir çərçivəsində keçirilən brifinqdə Azərbaycanın belə bir görüşün Bakıda keçirilməsi təklifinə münasibət bildirərkən deyib.

“Heç bir regional formatı tərk etməyin düzgün addım olacağını düşünmürəm və Bakıda keçirilən hər hansı tədbirdə Ermənistan nümayəndə heyətinin iştirakını istisna etmirəm”, - deyə Simonyan vurğulayıb.

Bizə qoşulun