Medianews.az
“3 ay əvvəl yıxılmışdı, son nəfəsində də şeir deyirdi”-Əminə Yusifqızının qohumu onun SON günündən danışdı -
4,029 baxış

“3 ay əvvəl yıxılmışdı, son nəfəsində də şeir deyirdi”-Əminə Yusifqızının qohumu onun SON günündən danışdı - FOTO+ÖZƏL

“Bilirsiniz ki, Əminə Yusifqızı mənim bibimqızıdır. Sentyabr ayının 24-də onun doğum günü idi. Mən də orada idim. Sentyabrın 28-də də yanında idim. Bilirəm yaşı çox idi, bilirəm təbiət öz işini görür, mənə elə gəlir ki, onun şeirləri, qiraəti yaşayacaq. Xalqın ona böyük məhəbbəti var idi. Daha Əminənin səsi kimi səs olmayacaq. Bunu təkcə mən yox, hər kəs deyir. Belə səs doğulmayıb. Ondan keçmişdə danışanda çox kövrəlirəm. 3-4 gün bundan əvvəl də yanında idim. Huşu, ağlı başında idi. Elə şeir söyləyə-söyləyə bu dünyanı tərk etdi”. Bunu Medianews.az-a açıqlamasında xalq artisti Təranə Muradova deyib.

Sənətkar bildirib ki, qohumunun heç bir xəstəliyi olmayıb:

“Heç bir xəstəliyi yox idi. 3 ay əvvəl başı fırlandı və yıxıldı. Ayağında sınıq var idi. Ayağı sınandan sonra ancaq otururdu, ayaqüstə dura bilmirdi. Yaşı çox olduğuna görə həkim əməliyyatı da məsləhət görmədi. Onun 89 yaşı var idi. Bu yaşda bilirsiniz ki, sümüklər gec bitişir. Elə 3 ayu uzana-uzana yataqda belə əridi. Bu vəziyyətə ürəyi dözmədi. Hər zaman yeməyini də yeyirdi, şeirlərini də deyirdi, qulluğu da yaxşı idi. Hazırda cənazəsi Təzəpir məscidinə aparılıb. Harada dəfn olunacağı hələ ki, bəlli deyil”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun