O bildirib ki, telefon danışığında Putin Trampın atəşkəs şərti ilə razılaşsaydı, Ukraynaya silah tədarükü qadağası qüvvədə qalacaqdı: “Telefon danışığında Putin Ukrayna ilə bağlı "ilkin məqsədlərə" nail olana qədər hərbi əməliyyatları davam etdirəcəyini Trampın diqqətinə çatdırıb. Bununla Ukrayna ilə bağlı telefon diplomatiyası fiaskoya uğramış oldu. Putinin məqsədi Ukraynanı tam nəzarətə altına almaq, burada yeni hakimiyyət formalaşdırmaq və NATO-nu Şərqi Avropadan çıxarmaqdır. Yəni Ukraynada qalib gəldikdən sonra dayanmayaraq, Moldova və Şərqi Avropanı da nəzarətə götürməyi hədəfləyir.
Artıq Tramp Putinlə telefon danışığından razı qalmadığını və Ukraynaya hərbi yardımları dayandırmadığını elan edib. Hətta hərbi yardımları artıracağını da vurğulayıb.
Sayca altıncı telefon danışığından sonra Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı diplomatik danışıqlarda fasilə veriləcək”.
Siyasi şərhçinin sözlərinə görə, ABŞ-nin və Avropa dövlətlərinin Ukraynaya silah tədarükünü artıracağı gözlənilir: “Bu ilin axırına kimi Tramp Ukrayna ilə bağlı müəyyən irəliləyişə nail olmağı hədəfləyir. Əgər Ukraynaya hərbi yardımların artırılması qərarı verilibsə, hərbi təzyiqlərlə Rusiyanı danışıqlar masasında güzəştə məcbur edəcək. Trampın İrana qarşı hərbi təzyiqlər etdiyi kimi analoji addımı Ukrayna vasitəsilə Rusiyaya tətbiq edəcəyi istisna deyil”.
Toğrul Əli,
Medianews.az
04.07.2025, 11:50
134 baxış
Azad
Trampın Putinlə telefon diplomatiyası fiaskoya uğradı – Siyasi şərhçi
“ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığında növbəti dəfə Ukrayna ilə bağlı razılıq əldə edilmədi. Halbuki ABŞ prezidenti Rusiya ilə razılığa gəlməyə və vasitəçi olmağa çalışırdı. Məhz Tramp Putinə zəng etməzdən iki gün əvvəl Ukraynaya hərbi yardımları dayandırdığını elan etmişdi. Bununla Tramp Putini atəşkəsə razı salacağına ümid edirdi. Amma Rusiya prezidenti öz mövqeyində qalaraq, ümumi sözlərlə Trampı "yola vermiş" oldu”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib.

Paylaş: