01.07.2025, 08:59
111 baxış
Lamiyə
Dəhşət: 2 uşaq giləmeyvədən zəhərlənərək ÖLDÜ
Rusiyada iki yaşlı uşaq və onun yeddi yaşlı qardaşı yabanı giləmeyvədən zəhərlənərək ölüblər.
Medianews.az xəbər verir ki, hadisə Saratov vilayətində baş verib.
İyunun 26-da üç uşaq zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, iki gün əvvəl, iyunun 24-də uşaqlar meşəyə gəzintiyə çıxıblar, orada naməlum giləmeyvə yeyiblər, ertəsi gün isə özlərini pis hiss ediblər – hər üçü güclü qusmağa başlayıb, qızdırmaları qalxıb.
Yalnız bir gün sonra təcili yardım çağırılıb. İlkin olaraq, gec kömək istəməsi uşaqların anasının həmin vaxt 6-cı övladını dünyaya gətirdiyi doğum evində olması ilə bağlıdır. Həkimlərin səyinə baxmayaraq, iki yaşlı uşaq elə həmin gün xəstəxanada, ertəsi gün isə yeddi yaşlı qardaşı dünyasını dəyişib. Onların doqquz yaşlı bacısı ağır vəziyyətdə xəstəxanada qalır.
Faktla bağlı “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi açılıb. Müstəntiqlər hadisə yerinə baxış keçirib, məhkəmə-tibbi ekspertizaları təyin edilib.
Medianews.az