04.06.2025, 14:33
207 baxış
Nailə
Bayram təqvimində yenilik
Nazirlər Kabineti ardıcıllığı təmin etmək üçün iş və istirahət günlərinin yerlərini dəyişdirməyə qərar verib. İyunun 4-də imzalanan qərara görə, iyunun 21-i (şənbə) iş günü, iyunun 27-si (cümə) istirahət günü olur.
Medianews.az bildirir ki, 2025-ci ildə Yeni il 1-3 yanvarda, Qadınlar Günü 8 martda, Novruz və Ramazan 20-31 martda, Qələbə Günü 9 mayda, Müstəqillik günü 28 mayda bayram olunub.
Yanvar və mart bayramları zamanı iş və istirahət günlərinin yerləri dəyişdirilmişdi.
6-9 iyun (cümə-bazar ertəsi) Qurban bayramı, 15-16 iyun (bazar-bazar ertəsi) Milli Qurtuluş Günü, 26 iyun (cümə axşamı) Silahlı Qüvvələr Günüdür.
Zəfər Günü və Dövlət Bayrağı Günü 8-11 noyabrda (şənbə-çərşənbə axşamı) qeyd olunacaq.
Bayram təqvimi 31 dekabrda (çərşənbə) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə yekunlaşacaq.
Əmək Məcəlləsinə görə, iş günü hesab olunmayan bayram günləri şənbə və bazar günlərinə təsadüf edəndə əlavə istirahət günü verilir.
Nailə Qasımova,
Medianews.az