Medianews.az
Bakının Nərimanov rayonunun bəzi küçələrində <span style=color:red>qaz olmayacaq
83 baxış

Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq

Bu gün Bakının Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Medianews.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Nərimanov rayonunun A.Heydərov və Ə.Əliyev küçələrinin kəsişməsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə aprelin 21-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ağa Nemətulla, A.Heydərov, O.Əliyev, M.Nağıyev, Daş karxanası, Aşıq Pəri, Y.Nəsirov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizə qoşulun